Səma Alməmmədli

Sənətşünaslıq, mədəni layihələr, gənclər və təlimçilik sahəsində çoxşaxəli təcrübəyə sahibəm və müxtəlif mədəni və təhsil qurumlarında təşkilati və metodiki fəaliyyət göstərmişəm. Beynəlxalq və yerli sertifikatlarla təsdiqlənmiş biliklərim layihə rəhbərliyi, kuratorluq və bələdçilik üzrə uğurlu nəticələrlə tamamlanır. Mədəni- kütləvi tədbirlərin təşkili və gənclərlə iş sahəsində yaradıcı və peşəkar yanaşma nümayiş etdirirəm.

Nələr edirəm?

Sənətşünaslıq

Müasir və klassik incəsənətin tədqiqi, sənət nümunələrinin analizi və sənət nəzəriyyəsi üzrə araşdırmalar aparıram; müxtəlif dövrlərə aid əsərlərin üslub xüsusiyyətlərini, konseptual yanaşmalarını və onların mədəni kontekstdə rolunu qiymətləndirərək elmi və praktiki sənətşünaslıq işləri ilə məşğul oluram.

Nitq təlimi

Şəxslərin nitq mədəniyyətinin inkişafı, səs və nəfəs texnikalarının tədrisi, düzgün artikulyasiya və ifadəliliyin formalaşdırılması istiqamətində çalışıram; eyni zamanda ictimai çıxış və təqdimat bacarıqlarının gücləndirilməsi üçün praktiki məşqlər və fərdi təlim metodikaları tətbiq edirəm.

Gənclərlə iş

Gənclərin potensialını kəşf etmək və inkişaf etdirmək məqsədilə müxtəlif təlim, layihə və fəaliyyətlər təşkil edirəm; sosial, intellektual və emosional bacarıqların gücləndirilməsi üçün fərdi və qrup yönümlü metodlarla dəstək verir, onların liderlik və komanda işinə hazırlığını təmin edirəm.

Debatçı

Debat üzrə fəaliyyət göstərir, arqumentasiya, tənqidi düşüncə və effektiv müzakirə bacarıqlarının inkişafı ilə məşğul oluram; debat strategiyalarının qurulması, mövzuların analitik qiymətləndirilməsi və məntiqi əsaslandırmanın təkmilləşdirilməsi istiqamətində ardıcıl iş aparıram.